SİZİN REKLAM BURADA!
055 213 76 73


Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Azərbaycan Ordusunun Ağdam, Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

"Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda vurğulanıb.

BAKU.WS