SİZİN REKLAM BURADA!
055 213 76 73


Abşeron rayonu ərazisində sahibsiz itlərin insanlara hücum halları davam edir. 

BAKU.WS xəbər verir ki, Masazır qəsəbəsi Yeni Bakı yaşayış kompleksi ərazisində bu dəfə itlər gənc qıza hücum ediblər. 

Bu barədə görüntülər BAKU.WS-in "Qaynar xətti"nə göndərilib.  

Videoda həmin ərazidə yaşayan qızın üzərinə itlərin sürü şəklində hücum etməsinin görüntüləri əks olunub.

O, qaçaraq ətrafdakılardan kömək istəyir və yaşayış kompleksindəki digər sakinlər itləri qovaraq ona kömək edirlər.

Xatırladaq ki, bu hadisə ilk dəfədir baş vermir. Sahibsiz itlərin insanlara hücumu ilə bağlı bundan əvvəl də saytımızın "Qaynar xətti"nə çoxsaylı şikayətlər daxil olub.

BAKU.WS
VİDEO