SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhər, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən fərdi yaşayış evinin 1-ci mərtəbəsində divarın arasında qalan pişik oradan çıxa bilməyib.

BAKU.WS-ə daxil olan məlumata görə, sakinlər divarın arasında qalan pişiyi çıxarmağa çalışsalar da buna nail ola bilməyiblər və bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat verilib.

Daxil olmuş məlumatla bağlı FHN-in xilasediciləri hadisə yerinə cəlb olunub və xüsusi vasitələrin köməyi ilə pişiyi mişar daşı ilə hörülmüş divarın arasından çıxararaq xilas ediblər.

Sözügedən görüntüləri təqdim edirik:

Banu Hüseynli
BAKU.WS
VİDEO