SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

BAKU.WS xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 26 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 3-ü azyaşlı olmaqla 5 nəfər xilas edilib. Bakı şəhər, Yasamal rayonunda bağlı qapı arxasında aşkar edilən 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, Bakı şəhərinin Xəzər rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində baş verən yanğın hadisəsi zamanı yanan avtomobildə aşkarlanan 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

BAKU.WS
VİDEO