SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağdam rayonunda orta məktəbdə yanğın olub.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Ayaq Qərvənd kəndində ümumi sahəsi 930 m² olan birmərtəbəli kənd tam orta məktəb binasının sahəsi 32 m² olan sinif otağının yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BAKU.WS