SİZİN REKLAM BURADA!
055 213 76 73


Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən mayın 8-də saat 09:00 radələrində Bakı-Qazax yolunda yerləşən postda “KİA” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev feysbuk hesabında paylaşım edib.

Sürücü, Bakı şəhər sakini Nasir Məmmədov və sərnişinləri - əvvəllər məhkum olunmuşlar Ruslan Cavadov, Mehman Mirzəyev və Elgün Əliyev özlərini şübhəli apardıqlarına görə posta dəvət ediliblər.

Bu zaman sərnişinlərdən biri cibindən bıçaq çıxararaq uca səslə onları buraxmasalar özünə xəsarət yetirəcəyini bildirərək digər sərnişinlərlə birlikdə qaçmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Avtomobilə baxış zamanı oradan heroin, marixuana, metamfetamin, elektron tərəzi, beşbarmaq və bıçaq aşkar olunaraq götürülüb.

Sürücü və sərnişinlər avtomobillə birgə Hacıqabul rayon Polis Şöbəsinə təhvil veriliblər.

BAKU.WS