SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda qonaq olan hindistanlı turist qəfl vəfat edib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində baş verib.

Azərbaycana turist kimi gəlmiş Hindistan vətəndaşı, 1987-ci il təvəllüdlü Boljinder Singhin səhhəti qəfil pisləşib. O, dərhal xəstəxanaya çatdırılıb.

Lakin həkimlərin müdaxiləsinə baxmayaraq B.Singh vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS