SİZİN REKLAM BURADA!
055 213 76 73


Sumqayıtda azyaşlı şəkilləri ilə şantaj olunub.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, şəhər sakini D.R. polisə ərizə ilə müraciət edərək naməlum şəxsin onun 13 yaşlı qızını şantaj etdiyini bildirib.

Qeyd olunur ki, naməlum şəxs azyaşlının qeyri-münasib şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyərək anasından pul tələb edib.

Daxil olan şikayət əsasında Sumqayıt şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

BAKU.WS