SİZİN REKLAM BURADA!
055 213 76 73


"Memar Əcəmi" stansiyasında orta yaşlı kişi sərnişin stansiya yoluna düşüb.

Bakı Metropolitenin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, stansiyaya daxil olan qatarın maşinisti dərhal qatarı saxlayıb. Metropolitenin normativ tələblərinə uyğun yüksək gərginlik çıxarılıb, həmçinin təcili tibbi yardım çağırılıb.

Sərnişin stansiya yolundan çıxarılıb, ilkin yardım göstərilib. Təcili tibbi yardım sərnişinin ciddi xəsarət almadığını qeydə alıb. Hadisə nəticəsində Yaşıl xətt üzrə intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb.

BAKU.WS