SİZİN REKLAM BURADA!
055 213 76 73


Cəlilabadda magistral yolda hərəkət bərpa edilib.

BAKU.WS xəbər verir ki, bu barədə report-a DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib.

Onun sözlərinə görə, yolun köhnə Ələt-Astara avtomobil yolunun Göytəpə şəhərindən keçən hissəsində hərəkətin təhlükəsizliyi polis əməkdaşları və aidiyyəti qurumlar tərəfindən təmin olunub.

Hər iki  istiqamətdə nəqliyyatın hərəkəti bərpa olunub.

Qeyd edək ki, Cəlilabad rayonunda güclü külək ağacları magistral yola aşırdığından hərəkət məhdudlaşdırılmışdı.

***21:36

Cəlilabadda güclü küləyin fəsadları aradan qaldırılır. 

BAKU.WS report-a istinadən xəbər verir ki, rayon ərazisində baş verən qəfil külək nəticəsində elektrik xətləri qırılıb, rayon mərkəzi də daxil olmaqla, bir neçə kənd işıqsız qalıb.

Həmçinin güclü külək onlarla ağacı aşırıb. Külək köhnə Ələt-Astara avtomobil yolunun Göytəpə şəhərindən keçən hissəsində ağacları yola aşırıb. Eyni zamanda şəhər ərazisində fərdi evlərin və obyektlərin dam örtüyü dağılıb, işıqlar kəsilib. 

Hazırda rayon fövqəladə hallar komissiyası və digər dövlət orqanları təbii fəlakətin aradan qaldırılması istiqamətində işlər aparır. Cəlilabad şəhərinin bir hissəsində elektrik enerjisinin verilişi bərpa olunub. İlkin məlumata görə, insan tələfatı yoxdur. 

BAKU.WS
QALEREYA