SİZİN REKLAM BURADA!
055 213 76 73


Şabranda təcili tibbi yardım avtomobili qəzaya düşüb, ölən var.

BAKU.WS report-a istinadən xəbər verir ki, çağırış ünvanından qayıdarkən hərəkətdə olan təcili tibbi yardım avtomobili “VAZ-2107” markalı minik maşını ilə toqquşub.

Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib. Eyni zamanda təcili tibbi yardım avtomobilinin içərisində olan infarkt diaqnozu ilə xəstəxanaya aparılan 1955-ci il təvəllüdlü Məmmədov Rəfi Hüsi oğlu hadisə yerindəcə ölüb.

İlkin ehtimala görə, qəzaya səbəb "VAZ-2107" markalı maşının sürücüsünün sürət həddini aşması olub.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS