SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının mərkəzində nəqliyyat vasitələrinin axını istiqamətində, VAZ-21099 markalı avtomobili geriyə idarə edən sürücü barəsində protokol tərtib edilib.

BAKU.WS xəbər verir ki, bu barədə oxu.az-a Bakı Şəhər Dövlət Yol Polis İdarəsi baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, VAZ-21099 markalı 24-BD-091 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zaidov Azad Ziyadxan oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə protokol tərtib edilib və 100 manat (4 bal) məbləğində cərimə olunub.

***10:15

DYP şəhərin mərkəzində nəqliyyat vasitələrinin axını istiqamətində, nəqliyyat vasitəsini geriyə idarə edən sürücü ilə bağlı məsələyə münasibət bildirib. 

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli BAKU.WS-ə bildirib ki, videogörüntüdən məlumatlıdırlar: "Məsələ araşdırılır. Qanuni tədbir görüləcək".

***09.39

Bakıda daha bir sürücü avtomobili arxa-arxaya sürərək təhlükəli şərait yaradıb.

BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Belə ki, 24-BD-091 dövlət nömrə nişanlı avtomobilin sürücüsü nəqliyyatı "20 Yanvar" metrosu yaxınlığındakı tuneldə geriyə sürüb.

Xatırladaq ki, bir neçə gün öncə Nərimanov rayonu ərazisində, Heydər Əliyev Mərkəzinin yaxınlığında yolda hərəkət istiqamətində “Volkswagen Touareg” markalı avtomobil qarşısında DYP avtomobilini görüncə geriyə doğru hərəkət etməyə başlayıb.

BAKU.WS
VİDEO