SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncə şəhərində çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, “Bazarstore” MMC-nin ümumi sahəsi 1210 kvadratmetr olan mağazasının anbarında sahəsi 6 kvadratmetr olan iş otağının yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. FHN-in yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

BAKU.WS