055 213 76 73
Tovuz rayonunun Düz Cırdaxan kəndində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində, 1998-ci il təvəllüdlü Eltun Nağıyev, 1999-cu il təvəllüdlü Elşən Rüstəmli və onun həmyaşıdı Turxan Abbasov müxtəlif bədən xəsarətləri alıblar.
Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
QALEREYA