SİZİN REKLAM BURADA!
055 213 76 73


Naxçıvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şahbuz rayon Kiçikoba kəndində qeydə alınıb.

Belə ki, Şahbuz rayon Külüs kənd sakini Sadiq Şıxəliyevin idarə etdiyi avtomobil işə gedən 1975-ci il təvəllüdlü ana Nəcəfova Mərcan Bağır qızı və oğlu 2003-cü il təvəllüdlü Nəcəfov Anar Qəmbər oğlunu vurub.

Qəza nəticəsində M.Nəcəfova ölüb.

A.Nəcəfov isə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanomasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS