SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhəri 22 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, şagirdin məktəbdə II mərtəbədən yıxılması ilə bağlı məlumat həqiqəti əks etdirmir.

Bu barədə BAKU.WS-ə 22 nömrəli tam orta məktəbdən məlumat verilib.

"30.03.2023-cü il tarixində 9f sinfinin şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) fiziki tərbiyə dərsində yıxılıb və qolundan yüngül xəsarət alıb. Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb, şagirdin ailəsinə məlumat verilib. Hazırda şagird evdədir, özünü yaxşı hiss edir", - deyə əlavə edilib.

***13:58

Bakıda orta məktəblərin birində şagird ikinci mərtəbədən yıxılaraq xəsarət alıb.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Görüntülərdə 9-cu sinif şagirdi olduğu deyilən şagirdin xərəklə təcili tibbi yardım maşınına qoyulması öz əksini tapıb.

Hadisə Firuz Bayramova adına 22 nömrəli tam orta məktəbdə qeydə alınıb.

Şagirdin hansı səbəbdən yıxılması məlum deyil.

BAKU.WS
VİDEO