SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünən Bakı şəhəri kənar dairəvi yolda ağır yol-nəqliyyat hadisəsi törədən şəxs danışıb.

BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat paylaşıb. 

Hadisəni törədən Seyidov Namiq Mirqasım oğlu qaydaları kobud şəkildə pozduğunu etiraf edib:

“Yük maşınının sağına çıxdım. Nəticədə sərnişin Səbinə Məhərrəmova vəfat etdi. Həmin yolda sürət həddi 100 km/saatdır, amma sürücülər sürəti 110-120 km/saata artırırlar. Mən hər zaman radarı keçdikdən sonra sürəti 110 km/saat-a qədər artırıram. Dünən də elə oldu. Həmin vaxt xanım təhlükəsizlik kəmərini taxsa idi, bəlkə də indi sağ idi”.

Qeyd edək ki, ölən şəxsin iki azyaşlı övladı var.

BAKU.WS
VİDEO