SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda daha 3 məhkum həbsdə ölüb.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı müalicə müəssisəsində qeydə alınıb.

Orada saxlanılan məhkumlar - Vəli Heydər oğlu Əliyev, Ceyhun Əlihüseyn oğlu Şixəliyev və Nazim Kazım oğlu Yaqubov dünyasını dəyişiblər.

Hər üç məhkumun xəstəlikdən öldüyü bildirilir.

Xatırladaq ki, mart ayının 2-si də Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində ölüm faktı qeydə alınmışdı. Belə ki, orada saxlanılan Bəhruz Tofiq oğlu Rüstəmov və Elçin Rza oğlu Vəliyev xəstəlik səbəbindən vəfat etmişdi.

BAKU.WS