SİZİN REKLAM BURADA!
055 213 76 73


Sumqayıtda şirkətlərin birinin əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, “Azərit” ASC-nin baş energetiki Elxan Misirxanov iş yerində cərəyan vurması nəticəsində dünyasını dəyişib. Onun iş başında olarkən ehtiyatsızlıqdan vəfat etməsi məlum olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hadisə martın 6-sı saat 16 radələrində baş verib və Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır: “Elxan Misirxanovun ASC-yə məxsus zavodun elektrik blokunda sayğacı dəyişən zaman elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam edir”.

BAKU.WS