SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhəri, Yasamal rayonunda mənzildə bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

BAKU.WS xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1940-cı il təvəllüdlü qadın müvazinətini itirərək yıxıldığından mənzilin giriş qapısını aça bilməyib.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, nərdivan vasitəsilə üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olub və giriş qapısını açıblar.

Mənzildə köməksiz vəziyyətdə aşkarlanmış yaşlı qadın xilasedicilər tərəfindən Təcili Tibbi Yardım stansiyasının əməkdaşlarına təhvil verilib.

BAKU.WS
VİDEO