SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda hipermarketə hücum zamanı güllə yarası alan şəxs əməliyyat edilib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu barədə Sabunçu Tibb Mərkəzindən məlumat verilib.

Belə ki, 1990-ci il təvəllüdlü Şeydayev Ruslan Samir oğlu döş qəfəsinin deşilmiş yarası diaqnozu ilə mərkəzə yerləşdirilib.

O, cərrahi əməliyyat edildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti qənaətbəxşdir.

BAKU.WS