SİZİN REKLAM BURADA!
055 213 76 73


Həbsdə olan sabiq nazirlik əməkdaşı intihara cəhd edib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinərək tutulan Tural Alışanlı həbsinə etiraz olaraq boğazını kəsib.

Belə ki, o, bu gün bu gün Bakı Ağır Cinayətlər Məhkəməsindəki prosesə gətirilərkən boğazı sarğılı olub. O bildirib ki, təcridxanada boğazını kəsərək intihara cəhd edib. Təcridxana nəzarətçilərinin səyi nəticəsində intiharın qarşısı alınıb.

Xatırladaq ki, T.Alışanlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq əməkdaşıdır. O, Qarabağ müharibəsində yaralananlar və həlak olanların ailələri üçün ev tikintisinə ayrılan vəsaitin 515 min manatını mənimsəməkdə təqsirləndirilir.

BAKU.WS