SİZİN REKLAM BURADA!
055 213 76 73


Sosial şəbəkələrdə avtomobil sürücüsü ilə bir xanım arasında söyüş söymək üstündə düşən dava sürətlə tirajlanır. Belə ki, yeraltı dayanacaqda çəkilən videogörüntüdə xanımla söz savaşına girən şəxsin “Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov olduğu iddia edilir.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, videoda sözügedən vəzifəli şəxslə yanaşı, xanım da etikadan kənar ifadələr səsləndirir. Mübahisə çərçivəsində vəzifəli şəxs “Honda” markalı 90-XP-575 dövlət nömrə nişanlı avtomobil ilə xanıma aid olan avtomobili vuraraq oradan uzaqlaşır.

Yayılan videogörüntülərlə bağlı “Azərsu” ASC-yə sorğu ünvanlanıb. Qurumun mətbuat xidmətindən mövzu ilə əlaqədar ünvanlanan sorğuya cavab verilməyib.

BAKU.WS
VİDEO