SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi olub, ölən və yaralananlar var.

BAKU.WS xəbər verir ki, barədə Baş DYP İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev məlumat verib.

“Bu gün saat 22:00 radələrində paytaxtın Ziya Bünyadov prospektində bir neçə nəqliyyat vasitəsinin toqquşması nəticəsində zəncirvari ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində ilkin məlumata görə 1 nəfər dünyasını dəyişib, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb”, - deyə qurum rəsmisi bildirib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS