SİZİN REKLAM BURADA!
055 213 76 73


Naftalan şəhərində kişi gənc həyat yoldaşını döyərək ağır xəsarətlər yetirib.

BAKU.WS “report”a istinadən xəbər verir ki, Naftalan şəhər sakini, 1991-ci il təvəllüdlü A. Bayramova döyülərək, üz və digər nahiyələrindən müxtəlif xəsarətlər alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Ona xəsarət yetirməkdə şübhəli bilinən şəxsin isə həyat yoldaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS