SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Malatya şəhərində zəlzələ nəticəsində uçan binanın dağıntıları altında qalaraq həlak olan Samir Quliyev Gədəbəy rayonunda dəfn olunub.

Report-un Qərb bürosunun məlumatına görə, dəfn mərasimində yaxınları, dostları, kənd sakinləri, rayon icra hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ş.Quliyev rayonun İnəkboğan kənd qəbiristanlığında dəfn olunub.

Xatırladaq ki, Malatya şəhərində yerləşən İnönü Universitetində təhsil alan azərbaycanlı tələbə Samir Quliyev və daha 3 azərbaycanlı tələbənin birgə kirayədə yaşadıqları bina zəlzələ nəticəsində çöküb və dördü də dağıntılar altında qalaraq həlak olublar.

BAKU.WS