SİZİN REKLAM BURADA!
055 213 76 73


Qazax rayonunda bədbəxt hadisə nəticəsində yeniyetmə qızın beli sınıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, 2009-cu il təvəllüdlü Əsədova Günel Qabil qızı ehtiyatsızlıqdan yaşadığı evin 3-cü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.

Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

BAKU.WS