SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün həbs edilən tanınmış prodüser Təranə Səmədovanın cinayət əməli ilə bağlı bir sıra detallar məlum olub.

BAKU.WS xəbər verir ki, DİN Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev qafqazinfo-nun sorğusuna cavab olaraq T.Səmədovanın musiqiçinin şikayəti əsasında həbs edildiyini bildirib:

"İş üzrə bir nəfər musiqiçi zərərçəkmiş qismində tanınıb. Təranə Səmədovanın digər cinayət əməllərinin olması da istisna edilmir. Onun əməllərindən zərəçəkən başqa şəxslər varsa, Xətai Rayon Polis İdarəsinə müraciət etmələri tövsiyə olunur”.

Məlumata görə, Təranə Səmədova adı açıqlanmayan zərərçəkmişdən hədə-qorxu ilə ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul alıb.

Prodüser barəsində Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılan cinayət işinin istintaqı davam etdirilir.

Xatırladaq ki, T.Səmədovanın əri Rasim Həsənov da bir müddət öncə hədə-qorxu ilə pul tələb etdiyinə görə saxlanılmışdı.

BAKU.WS