SİZİN REKLAM BURADA!
055 213 76 73


Xaçmaz şəhər sakini intihar edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü Şərifov Əfqan Rüstəm oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asıb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

E.Şərifov rayonda dərzi fəaliyyəti ilə məşğul olub.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS