SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə zəlzələ baş verən ərazilərdə xilasedicilər durmadan çalışır.

BAKU.WS xəbər verir ki, xilasetmə işlərində azərbaycanlı xilasedicilər də var gücləri ilə çalışırlar.

Xilasedicilərimizə zəlzələ bölgəsindəki əhali minnətdarlıqlarını bildirirlər. Onlar qardaşlıq borcunu yerinə yetirən xilasedicilərimizə ürəkdən təşəkkür ediblər.

Qeyd edək ki, fevralın 6-da təbii fəlakətlə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) ilk 420 əməkdaşı bir gün sonra axtarış-xilasetmə əməliyyatlarına başlayıb.

Hazırda Azərbaycanın 760 xilasedicisi Kahramanmaraş şəhərində qruplar şəkilində axtarış işlərini həyata keçirir.

Belə ki, onlar 12 fərqli nöqtədə xilasetmə işləri aparır. Həmin bu tədbirlər 3 növbəli sistem şəkildə həyat keçirilir.

BAKU.WS
VİDEO