SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda 15 yaşlı yeniyetmə anasını qətlə yetirib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonunda yerləşən mənzillərdən birində baş verib.

Belə ki, bu gün 1977-ci il təvəllüdlü Solmaz Mansurovanın kəsilmiş-deşilmiş yaralarla meyitinin tapılması barədə polisə məlumat daxil olub.

Dərhal polis əməkdaşları hadisə yerinə yollanıblar. Araşdırmalarla qətlin mərhumun oğlu tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Polisin keçirdiyi tədbirlərlə 2007-ci il təvəllüdlü şübhəli tutularaq istintaqa təhvil verilib.

BAKU.WS