SİZİN REKLAM BURADA!
055 213 76 73


Sosial şəbəkə fenomeni Elçin Lənbəranskinin döyülməsi haqqında məlumat yayılıb.

BAKU.WS “gundem”ə istinadən xəbər verir ki, E.Lənbəranski məlumatı təsdiqləyib.

Hadisə fevralın 8-i, axşam saatlarında Heydər Əliyev adına İdman Konsert Kompleksində baş verib. Mübahisəyə sosial şəbəkə fenomeninin ifadəsi səbəb olub.

"Mənə qarşı təxribat baş verdi. Nə var mən bir söz demişdim ki, xalq mənim çağırışımdan sonra köməyə gəlib", - o deyib.

Mübahisəyə polisin müdaxiləsindən sonra son qoyulub. O, hadisə ilə bağlı polisə müraciət etmədiyini bildirib.

BAKU.WS