SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda Zabrat qəsəbəsində yanacaqdoldurma məntəqəsinin yaxınlığında qəza baş verib.

BAKU.WS xəbər verir ki, “Chevrolet” markalı avtomobillə Post Patrul Xidmətinə (PPX) məxsus "Fiat" markalı avtomobil toqquşub.

Hadisənin görüntülərini təqdim edirik:

***08:40

Bakıda Daxili İşlər Nazirliyinin Post Patrul Xidmətinə (PPX) məxsus "Fiat" markalı avtomobilin iştirakı ilə qəza baş verib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, qəza zamanı xəsarət alan 4 nəfər Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Xəstəxanın növbətçi həkiminin verdiyi məlumata görə, xəsarət alanlardan ikisi polisdir. Onlar Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşlarıdır. Xəsarət alanların adları aşağıdakılardır:

Eldar Hacıyev (polis-sürücü);

Taleh Əlizadə (polis).

“Chevrolet”də olanlar:

Sadiq Abbasov;

Arif Məmmədzadə.

Onlardan A.Məmmədzadəyə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

BAKU.WS
VİDEO