SİZİN REKLAM BURADA!
055 213 76 73


Masallıda 36 yaşlı qadın itkin düşüb.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Ərkivan qəsəbəsində yaşayan 1987-ci il təvəllüdlü Ağayeva Gülər Valeh qızı yanvarın 24-də saat 16 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb.

"Gülər Ağayevanın əlamətləri bunlardır: Boyu 158 sm, gözləri qəhvəyi rəngdədir. Evdən çıxarkən əynində qara rəngli gödəkçə, qara rəngli paltar, ayağında idman ayaqqabısı olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Masallı Rayon Polis Şöbəsinin 025-215-3942 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.

BAKU.WS