SİZİN REKLAM BURADA!
055 213 76 73


“İran xüsusi xidmət orqanlarının törətdikləri terror aktında məqsəd Azərbaycan səfirliyinin həmin an binada olan bütün əməkdaşlarının güllələnməsi olub”.

Bu barədə “Caliber” “Telegram” kanalı yazıb.

Qeyd olunub ki, səfirliyin mühafizə xidmətinin qəhrəmancasına şəhid olan xidmət rəhbərinin sayəsində daha böyük faciənin qarşısını almaq mümkün olub.

***10:38

Bu gün səhər saat 08:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edən şəxs saxlanılıb.

Bu barədə APA məlumat verib.

***10.27

Bu gün səhər saat 08:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib.

Bu barədə “Caliber” “Telegram” kanalı xəbər verib.

Hücum dəf edilərkən Azərbaycan hüquq-mühafizə orqanlarının səfirliyin mühafizəsinə cavabdeh olan əməkdaşı, mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha bir nəfər isə yaralanıb.

Əsəbi zəif olanların videoya baxması tövsiyə olunmur.

BAKU.WS
VİDEO

QALEREYA