SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda supermarketdən yağ oğurlayan qadın saxlanılıb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən supermarketlərdən birində baş verib. Kamera görüntülərinə əsasən, yanvarın 12-dən 22-dək olan müddətdə vitrindən 24 kiloqram kərə yağının oğurlanması üzə çıxıb və oğurluq edən qadın izlənilib. Yanvarın 22-də həmin qadın yenidən marketdən 2 kiloqramlıq kərə yağını oğurlayıb apararkən saxlanılıb.

İlkin araşdırma zamanı həmin qadının Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü N.Abbasova olması müəyyən edilib. O, ərazi üzrə 26-cı Polis Bölməsinin əməkdaşlarına təhvil verilib.

BAKU.WS