SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəkidə iki avtomobil toqquşub, onlardan biri çaya düşüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, "Wolskvagen Bora" markalı avtomobillə "Hyundai" markalı avtomobil toqquşub.

Daha sonra "Wolskvagen Bora" markalı maşın Qurucana çayına düşüb.

Nəticədə sürücü, 1989-cu il təvəllüdlü Vüqar Məmmədov müxtəlif dərəcəli xəsarətlərlə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
QALEREYA