SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanlı aktyor Sadiq Əhmədov vəfat edib.

BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, 62 yaşlı aktyor ötən gün Bakıda yaşadığı evdə ölü tapılıb.

Tanınmış aktyorun iki gün öncə vəfat etdiyi məlum olub. Mərhum aktyor ötən gün dəfn olunub.

Qeyd edək ki, Sadiq İsa oğlu Əhmədov 1960-cı ildə Şərurda anadan olub. O, “Əlvida, cənub şəhəri”, “Cavid ömrü”, “Qafqaz”, “Məhkumlar”, “Etimad telefonu”, “Səhərə inan...”, ”Dolu” kimi bədii filmlərdə, “Şirəbənzər”, “Arabir görüşməyə kişi axtarıram” və s. tamaşalarda müxtəlif obrazlar yaradıb.

BAKU.WS
QALEREYA