SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Toy günü 19 yaşlı gəlini qaçıran şəxsin ailəsi polisə çağırılıb.

BAKU.WS bildirir ki, bu barədə ölkə.az-ın əməkdaşıyla söhbətində qaçan gəlinin əmisi Gülağa Məmmədov (ad şərtidir) məlumat verib.

Onun sözlərinə görə, sentyabrın 20-dən sonra qardaşı qızından xəbər yoxdur:

"Neçə gündür, nə qızdan, nə oğlandan xəbər var. Hazırda oğlanın ailəsi də polisə çağırılıb. Onlar da deyirlər ki, bizimlə əlaqə saxlamayıblar. Biz də gözləyirik, görək nə olur".

Xatırladaq ki, Ağsunun Göydəlləkli kəndindən olan 19 yaşlı qız toyu günü həmkəndlisinə qoşulub qaçıb. O, İsmayıllının Topçu kəndindən olan qohumuna nişanlı olub.
 
BAKU.WS