SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəmkir rayonunda növbəti yetkinlik yaşına çatmayan şəxsin nikaha daxil olması barədə sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı Şəmkir rayon Polis Şöbəsində müvafiq araşdırmalar başlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə "report"a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Belə ki, 11-ci sinif şagirdi Ləman Mehtiyevanın (ad-soyad şərtidir) nişan mərasimi keçirilməsi barədə məlumata görə, artıq həm qızın, həm də qarşı tərəfin valideynləri şöbəyə dəvət olunaraq profilaktiki söhbət aparılıb, bildirilib ki, yetkinlik yaşına çatmayan şəxsin ailə qurması cinayət məsuliyyəti yaradır və bu məsuliyyəti valideynlər daşıyır.

***12:49

Şəmkirdə nişanlandığı deyilən qızın valideynləri polisə çağırılıb.

BAKU.WS xəbər verir ki, bu barədə report-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları artıq həmin qızın ünvanını müəyyəşləşdirib və onunla söhbət aparıb:

"Qız elçilik mərasimini təsdiqləyib, tezliklə nişan olacağını deyib və valideynləri toyu onun 18 yaşı tamam olandan sonra edəcəyini söyləyib. Bütün bunlara baxmayaraq, hər iki tərəfin valideynləri polis şöbəsinə dəvət edilib. Onlarla profilaktik söhbətlər aparılacaq. Qanun tələbləri valideynlərin diqqətinə çatdırılacaq. Onlara bildiriləcək ki, yetkinlik yaşına çatmayan şəxslərin nikaha daxil olması məsuliyyət yaradır. Bu məsuliyyət də hazırda valideynlərin üzərindədir”.

***12:24

Şəmkirdə 14 yaşlı qızın nişanlanması ilə bağlı araşdırma aparılır.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, sosial şəbəkədə yayılan məlumatlara görə, 14 yaşlı yeniyetmə qız 26 yaşlı əmisi oğlu ilə nişanlanıb.

DİN-in mətbuat xidmətinin Gəncə regional bürosundan verilən xəbərə görə, yayılan məlumat araşdırılır, nəticəsi barədə məlumat veriləcək.

BAKU.WS