SİZİN REKLAM BURADA!
055 213 76 73


Masallıda itkin düşən 11-ci sinif şagirdi tapılıb.

BAKU.WS xəbər verir ki, DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayevin APA-ya verdiyi məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən 11 sinif şagirdi 2006-cı il təvəllüdlü Məleykə Məmmədova bir gündən sonra yeri müəyyən olunub və o, tapılaraq ailəsinə təhvil verilib.

***09:42

Masallıda məktəbli itkin düşüb.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, oktyabrın 24-də 11-ci sinif şagirdi, 2006-cı il təvəllüdlü Məleykə Məmmədova şəxsiyyətini təsdiq edən sənədi evdən götürərək tibb kursuna getmək adı ilə evdən çıxıb və geri qayıtmayıb.

Araşdırma aparılır.

BAKU.WS