SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəli müğənni Alişan da Azərbaycana başsağlığı verən məşhurlar sırasında yer alıb. 

BAKU.WS xəbər verir ki, o, 2.7 milyon izləyicisi olan instaqram hesabında Azərbaycanla Türkiyənin dövlət bayraqlarının fotosunu paylaşaraq "Can Azərbaycan. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm" sözlərini yazıb. 

Sənətçi ötən gün erməni silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində ordumuza qarşı törətdiyi təxribatı qətiyyətlə pisləyərək öz etirazını bildirib:

"Ağıllanmırlar və ağıllanmayacaqlar. Sülhü və atəşkəsi fürsət bilib yenə şərəfsizcəsinə hücum ediblər. Artıqlaması ilə cavab verilir, veriləcək də..."

Xatırladaq ki, müğənnilər Demet Akalın, Özcan Deniz və Hadise də həmkarları Alişan kimi paylaşımları ilə Azərbaycana dəstək olub, başsağlığı veriblər.

BAKU.WS
QALEREYA