SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəzər rayonu, Buzovna qəsəbəsi, "Rahat Market"in qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib ki, fakt araşdırılıb, müəyyən olunub ki, rayon ərazisində müxtəlif ünvanlarda quru və qəzalı vəziyyətdə olan ağacların götürülməsi ilə bağlı Xəzər rayon İcra Hakimiyyəti tərəfindən Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət olunub.

Rayonun bir neçə yerində, o cümlədən Buzovna qəsəbəsindəki "Rahat" marketin qarşısında Agentlik tərəfindən qurumuş şam ağaclarının götürülərək əvəzinə yeni ağacların əkilməsi şərtilə rəy verilib.

BAKU.WS