SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabirabad rayonunda ölümlə nəticələnən zəncirvarı yol qəzası baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabadın Qaragüney kəndində, Şirvan-Salyan magistralında qeydə alınıb.

"Mercedes" markalı minik və yük maşınlarının, “VAZ-2107” markalı minik avtomobilinin toqquşması nəticəsində 1 nəfərin hadisə yerində öldüyü, 6 nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
QALEREYA