SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı sakininə qarşı 4 nəfər quldurluq edib.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə iyulun 15-də Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini F.Firudin oğlunun döyülüb bıçaqla hədələnərək pulunun, qızıl boyunbağısının, bank kartlarının və idarə etdiyi “KİA” markalı avtomobilin quldurluq yolu ilə talanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri N.Məmmədov, S.Abbasov, Ə.Abbasov və E.Kərimov həmin avtomobildə Hövsan qəsəbəsi ərazisində saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS