SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünən axşam saatlarında iki azyaşlı övladı ilə özünü beşinci mərtəbədən atan qadının intiharının yeni təfərrüatı üzə çıxıb.

BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, qayınana gəlini Aytən Abbasova ilə mütəmadi olaraq mübahisə edirmiş.

Ötən gün axşamüstü gəlinlə qayınana arasında yenidən mübahisə başlayıb. Səs-küyə gələn binanın mühafizə xidmətinin əməkdaşları mənzilin qapısını dəfələrlə döysələr də, açan olmayıb.

Məlumata görə, Aytən Abbasova bundan öncə də intihara cəhd edib. Lakin qonşular buna mane olub.

Digər məlumata görə, iki övladı ilə intihara cəhd edən Abbasova Aytən qayınanasının ad gününü təbrik etmədiyi üçün aralarında mübahisə yaranıb. Hadisə bundan sonra baş verib.

Qeyd edək ki, Aytən Abbasovanın həyat yoldaşı Suslan Abbasov bu gün Moskvadan Bakıya qayıdır.

***09:04

Özünü binadan atan qadının kimliyi müəyyənləşib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, 1997-ci il təvəllüdlü Abbasova Aytən Maarif qızıdır. O, 2018-ci il təvəllüdlü Abbasova Sofiya Suslan qızı və 2019-cu il təvəllüdlü Abbasova Sara Suslan qızı ilə birgə binanın beşinci mərtəbəsindən özünü atıb.

Hadisə nəticəsində 3 yaşlı Sara Abbasova ölüb. Ana və onun 4 yaşlı övladı ağır xəsarətlərlə 1 nömrəli xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, A.Abbasovanın həyat yoldaşı Rusiyada yaşayır. Aytən övladları ilə birgə qayınanası ilə kirayədə yaşayırmış.

***08:27

Bakıda qadın iki uşağı ilə birlikdə intihar edib.

BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə Yeni Yasamal yaşayış kompleksində baş verib.

Belə ki, ana iki azyaşlı övladı ilə birlikdə özünü beşinci mərtəbədən atıb. Ana, eləcə də övladlarından biri sağ qalsa da, digər uşaq hadisə yerində keçinib.

Hadisə yerinə iki təcili yardım briqadası çağırılıb.

İntiharın dəqiq səbəbi bilimir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS