SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı həbs olunan şəxslərdən biri ölüb.
 
APA-nın məlumatına görə, həmin iş üzrə təqsirləndirilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilmiş Nüsrət Muxtarov saxlanıldığı Bakı İstintaq Təcridxanasında vəfat edib. Onun ürək tutmasından öldüyü bildirilir.
 
Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. "TNH” şirkəti tərəfindən fasadında "poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb. "TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov həbs edilib.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində həmin iş üzrə təqsirləndirilənlərin məhkəməsi gedir.
 
BAKU.WS