SİZİN REKLAM BURADA!
055 213 76 73


Hacıqabulda itkin düşən 59 yaşlı qadın tapılıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov məlumat verib.

O deyib ki, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Svetlana Hümmətova rayon ərazisində tapılıb və ailəsinə təhvil verilib.

*** 09:20

Hacıqabulda 59 yaşlı qadın itkin düşüb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon sakini, 59 yaşlı Svetlana Hümmətova yanvarın 27-də səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Svetlana Hümmətovanın əlamətləri belədir: boyu 165 sm., orta bədən quruluşlu, saçlarının rəngi ağ, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxan zaman əynində qara rəngli qış gödəkçəsi, qara yubka və qara ayaqqabı olub.

"Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Hacıqabul Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.


BAKU.WS