SİZİN REKLAM BURADA!
055 213 76 73


Zərdab rayonunda bir ailənin beş üzvü qəzaya düşüb, qadın ölüb.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) məlumat yayıb.

Bildirilib ki, yanvarın 2-i saat 13 radələrində rayonun Şıxbağı kəndi ərazisində Bakı şəhər sakini E.Qasımov idarə etdiyi VAZ-21015 markalı avtomobili yolun kənarındakı beton maneəyə vurub.

Nəticədə sərnişini olan həyat yoldaşı Nazilə xəstəxanaya aparılarkən yolda ölüb, özü və digər sərnişinləri - gəlini və üç nəvəsi xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.

BAKU.WS