SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəbər verildiyi kimi, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğramışdır.

Baş Prokurorluqdan BAKU.WS-ə verilən məlumata görə, hadisə nəticəsində 14 nəfər həlak olmuş 2 nəfər xəsarət almışdır.

Baş Prokurorluğun rəhbərliyinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanmış, cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülmüşdür.

Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.

BAKU.WS